Aydan Əzimzadə


MƏKTƏBƏQƏDƏR YAŞLI UŞAQLARIN EMOSİONAL BACARIQLARININ İNKİŞAFINDA VALİDEYNLƏRİN ROLU

Annotasiya. Məqalədə sosial-emosional bacarıqların inkişafının erkən yaşlardan başladığını nəzərə alaraq, evdə sosial-emosional öyrənmə strategiyaları, dəqiq emosional sosiallaşma və bunun uşaqların sosial-emosional inkişaf səviyyəsi ilə bağlı tədqiqatların icmalı verilmişdir. Tədqiqat müxtəlif sosial-iqtisadi mənsubiyyətə (təhsil səviyyəsi və yaşayış yeri) malik 3-5 yaşlı uşaqların tərbiyə olunmasında Azərbaycan analarının hansı emosional sosiallaşma strategiyalarını tətbiq etdiyini və bunun məktəbəqədər yaşlı uşağın emosional tənzimlənməsi ilə əlaqəsini aşkar etmək məqsədi daşıyır. Ümumilikdə, sorğuda 115 respondent iştirak edib (50 nəfər valideyn ətraf rayonlardan, 65 nəfər isə Bakıdan). Nəticələr göstərdi ki, Azərbaycanda analar dəstəkləyici deyil, emosional sosiallaşmanın dəstəkləyici strategiyalarından istifadə edirlər. Ən çox istifadə edilən strategiya problemin həlli və emosional fokuslanmış reaksiya, ən az istifadə edilən strategiya isə cəza strategiyası idi. SEL (Sosial emosional öyrənmə) ilə inkişaf edən uşağın emosional tənzimlənməsi və emosional labillik bacarıqları arasında da əhəmiyyətli korrelyasiya vardır.

Açar sözlər: məktəbəqədər, emosiyalar, emosional tənzimləmə, emosional labillik, sosiallaşma strategiyaları, valideynlik.

Yüklə Öncəki səhifə