Ayşən Babayeva


MƏKTƏBƏQƏDƏR YAŞLI UŞAQLARDA HUMANİST MÜNASİBƏTLƏRİN FORMALAŞDIRILMASINDA TƏLİM PROSESİNİN İMKANLARINDAN İSTİFADƏ YOLLARI

Annotasiya. Tədqiqatda humanizm anlayışı elmi-pedaqoji aspektdən təhlil edilmiş, məktəbəqədər yaşlı uşaqlarda humanist münasibətlərin formalaşdırılmasında təlim prosesinin rolu və imkanlarından səmərəli istifadə yolları araşdırılmışdır. Bu yaş dövründə keçirilən məşğələlərin uşaqların mənəvi-emosional inkişafına mühüm təsiri məqalənin əsas müzakirə mövzusudur. Məqalədə təsviri fəaliyyət və ətraf aləmlə tanışlıq məşğələlərində uşaqlarda mənəvi keyfiyyətlərin formalaşdırılmasına, bədii təfəkkürün inkişafına, ətraf aləmlə tanışlığa dair həyata keçirilən məqsədyönlü işlərdən bəhs olunur. Bədii təfəkkürün inkişafı məşğələlərində uşaqların müxtəlif obrazların xarakterlərini canlandırmasının onlarda humanizm hissinin formalaşmasına müsbət təsirindən bəhs edilir, mərhəmət, ədalət, qarşılıqlı hörmət, dostluq, yoldaşlıq, yardımlaşma kimi humanist dəyərlərin daha dərindən dərk edilməsinə şərait yaratdığı vurğulanır. Dastanlar, nağıllar, hekayələr, şeirlər və s. kimi bədii ədəbiyyat nümunələrində təqdim olunan müsbət qəhrəmanların (obrazların) məktəbəqədər yaşlı uşaqlarda humanist münasibətlərin inkişafına göstərdiyi təsirlərdən bəhs edilir.

Açar sözlər: tərbiyəçi-müəllim, uşaq, məşğələ, bədii ədəbiyyat nümunələri, humanist münasibətlər, əxlaqi-mənəvi dəyərlər.

Yüklə Öncəki səhifə