Ayşən Babayeva


UŞAQLARDA HUMANİST HİSSLƏRİN FORMALAŞDIRILMASINDA TƏRBİYƏÇİ-MÜƏLLİMİN PEDAQOJİ SƏRİŞTƏLİLİYİNİN ROLU

Annotasiya. Məqalədə müasir dövrdə məktəbəqədər təhsilin məzmununun yenilənməsi və yeni təlim texnologiyalarının tətbiq edilməsi, təlim-tərbiyə işinə humanist ideyaların gətirilməsinin vacibliyi vurğulanır. Qeyd olunur ki, uşaqlarda humanist hissləri formalaşdırmaq və inkişaf etdirmək məhz məktəbəqədər yaş dövründən başlanmalıdır. Bu, məktəbəqədər yaşlıların gələcək inkişafının insani hisslər üzərində qurulmasında mühüm rol oynayır. Uşaqlarda milli və mənəvi şüurun inkişafı, onların sosiallaşmaları, bir şəxsiyyət kimi formalaşmaları, özünə və ətrafındakı insanlara, canlı və cansız təbiətə münasibəti tərbiyəçi-müəllimin pedaqoji səriştəliliyi əsasında humanizm tərbiyəsi mövzusunda keçirilən məşğələlər zamanı daha çox səmərə verir. Öz yoldaşları ilə münasibət qurarkən, kollektiv oyun, qrup məşğələləri zamanı uşaqlar bir-birinin fikirlərini dinləyir, bir-birinin uğurlarına sevinir, kədərlərinə kədərlənirlər. Onlarda yaşıdlarına qarşı qayğıkeşlik, onların dərdi nə şərik olmaq kimi hisslər formalaşır.

Açar sözlər: tərbiyəçi-müəllim, nümunə, humanizm prinsipi, humanist yanaşma, məqsəd, sosial inkişaf

 

Yüklə Öncəki səhifə