Ayşən Məmmədova


XÜSUSİ ÖYRƏNMƏ ÇƏTİNLİYİNİN ERKƏN AŞKARLANMASININ PEDAQOJİ-PRAKTİK ZƏRURƏTİ

Annotasiya. Məqalə xüsusi öyrənmə çətinliyi olan uşaqların erkən aşkarlan masının pedaqoji və praktik əhəmiyyətini araşdırır. Erkən diaqnostika uşaqların idrak, sosial-emosional və akademik inkişafını dəstəkləyir, həmçinin gələcəkdə yarana biləcək çətinliklərin qarşısının alınmasına kömək edir. Valideyn – müəllim əməkdaşlığı, fərdi təlim proqramlarının tətbiqi və inklüziv təhsil yanaşma ları erkən müdaxilənin səmərəliliyini artıraraq uşaqlarda özünəinamın, motiva siyanın və sosial inteqrasiyanın formalaşmasına müsbət təsir göstərir. Məqalədə nəzəri araşdırmalar və pedaqoji müşahidələrə əsasən, qeyd edilir ki, xüsusi öyrənmə çətinliklərinin erkən aşkarlanması təhsildə inklüzivliyi və fərdi dəstəyi təmin edən əsas mexanizmlərdən biridir. Həmçinin erkən müdaxilə proqramlarının effektivliyi uşaqların fərdi inkişaf səviyyələrinə uyğun strategiyaların tətbiqi ilə daha da güclənir. Araşdırmalar göstərir ki, erkən mərhələdə aparılan sistemli müşahidələr müəllimlərə uşaqların öyrənmə xüsusiyyətlərini daha dəqiq müəyyənləşdirməyə, təlim prosesini onların ehtiyaclarına uyğun qurmağa və inkişaf potensialını vaxtında dəstəkləməyə imkan yaradır. Məqalədə qeyd olunur ki, məktəb, ailə və mütəxəssislər arasında koordinasiyalı əməkdaşlıq erkən mü daxilənin keyfiyyətini yüksəldir, uşaqların emosional sabitliyinə və sosial bacarıqlarının inkişafına müsbət təsir göstərir. Bu yanaşma uzunmüddətli perspek tivdə həm təhsil nailiyyətlərinin artmasına, həm də uşaqların cəmiyyətə uğurlu inteqrasiyasına şərait yaradır.

Açar sözlər: öyrənmə çətinliyi, erkən diaqnostika, pedaqoji müdaxilə, fərdi dəstək, inklüziv təhsil.

Yüklə Öncəki səhifə