ELMİ-PEDAQOJİ NƏŞRLƏR:TƏHSİLİN VƏ PEDAQOJİ ELMİN İNKİŞAFINA TƏSİR İMKANLARI
Annotasiya. Bu məqalədə elmi-pedaqoji mətbuatın təhsilin və pedaqoji elmin inkişafına təsir imkanları kompleks şəkildə təhlil olunur. Mövzu nun aktuallığı ondan ibarətdir ki, müasir dövrdə təhsil sistemləri sürətlə dəyişən sosial, texnoloji və ideoloji kontekstlərə uyğunlaşmaq məcbu riyyətindədir. Müəllif göstərir ki, elmi jurnallar yalnız akademik təhlil vasitəsi deyil, həm də qərarvermə prosesinin elmi əsaslandırılması, təc rübənin öyrənilməsi və yayılması, yeni pedaqoji yanaşmaların təşviqi baxımından mühüm resursdur. Sübutlara əsaslanan təhsil siyasəti (evi dence-based policy) kontekstində elmi-pedaqoji nəşrlər səmərəli idarəet mə və effektivlik üçün nəzəri və praktiki baza rolunu oynayır. Məqalədə “Educational Research Review”, “Journal of Educational Psychology”, “Teaching and Teacher Education” kimi beynəlxalq jurnalların nüfuzu və təsiri təhlil edilir. Eyni zamanda “Azərbaycan məktəbi”, “Məktəbəqədər və ibtidai təhsil” kimi yerli jurnalların da pedaqoji diskursun inkişafına verdiyi töhfələr qiymətləndirilir. Nəticədə, məqalə elmi biliklərin yayımı, təhsil siyasəti və pedaqoji praktikalar arasında qarşılıqlı əlaqəni işıqlan dıran elmi əsaslı yanaşma təqdim edir.
Açar sözlər: pedaqoji fikir, elmi-pedaqoji mətbuat, “Böyük beşlik”, pe daqoji elm, müəllim hazırlığı, təhsil fəlsəfəsi, ömürboyu öyrənmə.