Cəbi Bəhramov


İRƏVAN ŞƏHƏRİ VƏ ERMƏNİSTAN SSR RAYONLARINDAN AZƏRBAYCANLILARIN DEPORTASİYASI TARİXİNDƏN (1948-1953, 1988-1991-ci illər)

Annotasiya. Adından da göründüyü kimi, məqalədə İrəvan şəhərindən və Ermənistan SSR rayonlarından 1948-1953 və 1988-1991-ci illərdə Ermənistanın faşist rəhbərliyi tərəfindən yerli azərbaycanlı əhalinin deportasiya olunmasından söhbət gedir. Müxtəlif illərdə baş verən bu deportasiyalar keçmiş SSRİ dövlətinin göstərilən dövrlərdə bilavasitə qəbul etdiyi qərarlar əsasında həyata keçirilmişdir. Məqalədə müəllif İkinci Dünya Müharibəsindən sonra SSRİ dövlətinin Türkiyə Cümhuriyyətinə qarşı əsassız ərazi iddialarını, Azərbaycan Respublikasında həyata keçirdiyi siyasəti araşdırır. Bu baxımdan 1948-1953 və 1988-1991-ci illərdə yerli azərbaycanlı əhalinin son müqavimətinə baxmayaraq, onlar İrəvan şəhərindən və Ermənistan SSR-nin digər vilayətlərindən qovulmuşlar. Bu deportasiyalar və Azərbaycan xalqına qarşı törədilmiş cinayətlər tarixi faktlar əsasında geniş təhlil edilir.

Açar sözlər: İrəvan şəhəri, Türkiyə Cümhuriyyəti, İkinci Dünya Müharibəsi, deportasiya, azərbaycanlılar, Ermənistan faşist rəhbərliyi.

Yüklə Öncəki səhifə