STEAM TƏHSİLİNİN MƏKTƏBƏQƏDƏR YAŞLI UŞAQLARIN TƏFƏKKÜRÜNÜN İNKİŞAFINDA ROLU
Annotasiya. Məqalədə məktəbəqədər yaşlı uşaqların ümumi inkişafında xüsusi əhəmiyyəti olan innovativ təlim texnologiyalarının təşkili təhlil olunur. Qeyd edilir ki, müasir təhsil sistemində baş verən inkişaf məktəbəqədər təhsilin dövrün tələblərinə uyğun olaraq innovativ əsaslarla təşkili məsələsini aktuallaşdırmış, məktəbəqədər təhsil pilləsində tədrisin keyfiyyətinin artırılması istiqamətində əhəmiyyətli dəyişikliklər və islahatlar həyata keçirilmişdir. Araşdırmanın nəticələri göstərir ki, islahatların aparılmasında əsas məqsəd cəmiyyətdə müasir tələblərə cavab verən, yüksək bilik və bacarıqlara malik, rəqabət qabiliyyətli kadrların yetişdirilməsidir. Məktəbəqədər təhsildə yeni təlim texnologiyalarından istifadə məktəbəqədər yaşlı uşaqların növbəti təhsil pilləsinə uğurlu addımını, onların gələcək həyata hazırlanmasını, şəxsiyyətinin formalaşmasını, obyektiv düşünməsini, əməkdaşlıq etmə qabiliyyətini, öz fikirlərini sərbəst ifadə etməsini, intellektinin artmasını təmin edir. Bu məqalədə STEAM təhsilinin məktəbəqədər yaşlı uşaqların təfəkkürünün inkişafına təsiri nəzəri və praktik aspektlərdən araşdırılır, STEAM fəaliyyətlərinin uşaqlarda analitik, tənqidi və yaradıcı düşünmə bacarıqlarının formalaşmasında rolu təhlil olunur.
Açar sözlər: məktəbəqədər təhsil, bilik, bacarıq, innovativ texnologiya, obyektiv düşünmə, əməkdaşlıq etmək.