Elnarə Məmmədova


GƏNCLƏRİN MƏNƏVİ TƏRBİYƏSİNDƏ HEYDƏR ƏLİYEV İRSİNDƏN İSTİFADƏ

Annotasiya. Məqalədə ulu öndər Heydər Əliyevin Azərbaycanın tarixində önəmli mövqeyindən, onun həm sovet, həm də müstəqillik dövrlərində xalqımızın milli-mənəvi dəyərlərinin qorunub saxlanması kimi mühüm məsələlərdə göstərmiş olduğu unudulmaz xidmətlərindən bəhs olunur. Ümummilli liderin qloballaşan dünyada müstəqil Azərbaycan dövlətinin vətəndaşlarına onların uğurlu gələcəyi naminə göstərdiyi yollardan söz açılır. Məqalədə oxucu ulu öndərin Azərbaycan məktəbinin və müəllimlərin üzərinə düşən vəzifələr barədə verdiyi tövsiyələrlə tanış edilir, həmçinin gənc nəslin tərbiyəsində milli mənəviyyatımızla, müstəqil dövlətin gənclərinin elmi və fiziki hazırlığının əhəmiyyəti ilə, vətənpərvərliklə bağlı bu məsələlərə yanaşma tərzindən bəhs edilir. Eyni zamanda, bu fikirlərlə tanışlıq Heydər Əliyevin pedaqoji fikir tarixində də özünəməxsus yerinin olması faktını bir daha təsdiqlədiyi üçün oxucunun diqqəti həmin fikirlərə yönəldilir.

Açar sözlər: mənəvi tərbiyə, ana dili, elm, vətənpərvərlik, milli ordu, islam mədəniyyəti, milli və ümumbəşəri dəyərlər.

Yüklə Öncəki səhifə