Elnarə Məmmədova


“AZƏRBAYCAN MƏKTƏBİ” JURNALININ PEDAQOJİ MƏZMUN STRATEGİYASI: APARICI ALİMLƏRİN ELMİ İRSİ KONTEKSTİNDƏ TƏHLİL

Annotasiya. Məqalədə Azərbaycan pedaqoji fikir tarixində mühüm rol oynamış “Azərbaycan məktəbi” jurnalının təhsil və elmi-pedaqoji düşüncənin inkişafındakı əhəmiyyəti təhlil olunur. Jurnal, həm müstəqil pedaqoji ideyaların formalaşmasında, həm də Azərbaycan, Qərb və rus pedaqoji irsinin tədqiqində aparıcı mövqe tutmuşdur. Burada pedaqoji fikrin yayılmasında və zəngin ideyaların toplanmasında bu nəşrin rolu xüsusi vurğulanır. Məqalənin diqqət çəkən məqamlarından biri də “Azərbaycan məktəbi” jurnalının formalaşmasına və inkişafına misilsiz töhfələr vermiş görkəmli pedaqoqlar – Əhməd Seyidov, Mehdi Mehdizadə və Mərdan Muradxanovun fəaliyyətinin geniş təhlilidir. Bu pedaqoqların jurnal səhifələrindəki elmi-nəzəri yazıları, təhsil sahəsindəki yenilikçi baxışları və milli pedaqoji fikrin inkişafına verdikləri töhfələr xüsusi olaraq qeyd edilir. Dövri mətbuat orqanı kimi jurnal məktəb həyatında baş verən yeniliklərə çevik və həssas münasibət göstərmiş, müəllimlərin yaradıcılıq axtarışlarını stimullaşdırmışdır.

Açar sözlər: elmi-pedaqoji mətbuat, Azərbaycan pedaqoji fikir tarixi, “Azərbaycan məktəbi” jurnalı, pedaqoji düşüncə, sistemli təhlil.

Yüklə Öncəki səhifə