Ənvər Abbasov


ELMİ-PEDAQOJİ YAZILARIN DİLİ: NƏZƏRİ VƏ PRAKTİK ASPEKTLƏR

Annotasiya. Elmi-pedaqoji jurnallar elmi biliklərin yayılması, pedaqoji təcrübələrin paylaşılması və akademik diskursun formalaşdırılması baxı mından mühüm əhəmiyyət daşıyır. Bu jurnalların dili yalnız informasiya ötürmək vasitəsi deyil, həm də elmi düşüncənin, metodoloji yanaşma ların və müəllif mövqeyinin ifadə olunduğu diskursiv alətdir. Məqalədə elmi-pedaqoji yazıların dili funksional, stilistik və üslubi baxımdan təhlil olunur, mövcud problemlər araşdırılır və onların həlli yolları təklif edilir. Tədqiqat Azərbaycan dilində nəşr olunan jurnallara əsaslansa da, müqa yisəli təhlil yolu ilə ingilis və rus dillərindəki nümunələr də nəzərdən ke çirilir. Araşdırma göstərir ki, elmi-pedaqoji yazının dili yalnız texniki alət deyil, həm də pedaqoji vasitə kimi çıxış etməlidir. Ona görə də bu sahədə davamlı təkmilləşmə, terminoloji standartların formalaşdırılması və aka demik yazı bacarıqlarının inkişaf etdirilməsi mühüm ehtiyac olaraq qalır.

Açar sözlər: Azərbaycan dili, elmi üslub, pedaqoji diskurs, elmi jurnal lar, akademik yazı, dil və üslub.

Yüklə Öncəki səhifə