Fərrux Rüstəmov


Annotasiya. Məqalədə Azərbaycanın maarifçilik tarixində İrəvan Müəllimlər Seminariyasının rolu tədqiq olunur. İrəvan şəhəri tarixən azərbaycanlıların yaşadığı böyük elm, maarif və mədəniyyət mərkəzlərindən biri olub. İrəvan xanlığı 1390-cı ildən 1828-ci ilədək azərbaycanlılar tərəfindən idarə olunub. Azərbaycanı işğal edən çar Rusiyası xanlığı ləğv edərək burada erməni vilayəti yaratmış, İrandan 40 min, Osmanlı dövlətindən 84 600 ermənini köçürdüb, bu torpaqlara yerləşdirmişdir. Buna baxmayaraq, İrəvan şəhəri həmişə öz milli koloritini qoruyub saxlamışdır. Məqalədə 1881-ci ildə təşkil edilən İrəvan Müəllimlər Seminariyasının azərbaycanlı müəllim kadrları hazırlığındakı roluna xüsusi diqqət yetirilir. Seminariya 40 ilə yaxın müddətdə hazırladığı müasir dünyagörüşünə və düşüncə tərzinə malik, yüksək ixtisaslı milli müəllim kadrları ilə azərbaycanlıların üstünlük təşkil etdiyi İrəvan mahalında ədəbi-ictimai, elmi-mədəni həyatın dolğunluğunun və canlılığının qorunub saxlanılmasında mühüm xidmətlər göstərmiş, Azərbaycanın pedaqoji fikir salnaməsinə yaddaqalan səhifələr yazmışdır. Seminariyanın məzunları azərbaycanlıların yaşadıqları bölgələrdə dünyəvi məktəblərin açılmasında, məktəbyaşlı uşaqların təhsilə cəlb edilməsində fəal iştirak etmiş, İrəvanda, Naxçıvanda və Azərbaycanın digər bölgələrində maarifin yayılmasında böyük fədakarlıqlar göstərmişlər.

Açar sözlər: Azərbaycan, İrəvan xanlığı, İrəvan Müəllimlər Seminariyası, milli dərslik, milli maarifçilik hərəkatı, ibtidai məktəb.

Yüklə Öncəki səhifə