Fidan Sarıbəyli


AZƏRBAYCAN DİLİ DƏRSLƏRİNDƏ ŞAGİRDLƏRDƏ ÖZÜNÜQİYMƏTLƏNDİRMƏ BACARIQLARININ FORMALAŞDIRILMASI

Annotasiya. Şagirdlərin bilik və bacarıqlarının qiymətləndirilməsi onların təlimdə irəliləyişini təmin edən vasitələrdən biridir. Bu proses, əsasən, fənn müəllimləri tərəfindən həyata keçirilir. Pedaqoji araşdırmalar və qabaqcıl məktəb təcrübəsi göstərir ki, yalnız müəllimlər deyil, şagirdlər də özünüqiymətləndirmə vasitəsi ilə həmin prosesdə iştirak edə bilərlər. Bu isə şagirdə imkan verir ki, özünüqiymətləndirmə vasitəsilə qazandığı bilik və bacarıqların keyfiyyətini müəyyənləşdirsin və müstəqil şəkildə özünüinkişaf səviyyəsini yüksəltmək məqsədilə çalışsın. Odur ki, müəllimin özünüqiymətləndirmənin təşkili, həyata keçirilmə vasitələri, alətləri haqqında metodik səriştələrə malik olması vacib şərtlərdəndir. Belə ki, hər bir fənnin spesifik xüsusiyyətlərini nəzərə alaraq, özünüqiymətləndirmə imkanlarından geniş istifadə etmək olar. Şagirdlər özlərinin bilik və bacarıqları, inkişaf səviyyələri, güclü və zəif tərəfləri, maraq istiqamətləri və s. məsələlər üzrə yazılı, yaxud şifahi formada özünüqiymətləndirmə apara bilərlər. Təcrübə göstərir ki, Azərbaycan dili dərslərində şagirdlərdə özünüqiymətləndirmə bacarıqlarını formalaşdırmaq üçün testlərdən, tapşırıqlardan və suallardan istifadə daha səmərəli üsullar kimi qəbul edilir.

Açar sözlər: Azərbaycan dili dərsləri, özünüqiymətləndirmə bacarıqları, üsul, vasitə, elm.

Yüklə Öncəki səhifə