RİYAZİYYAT DƏRSLƏRİNDƏ İBTİDAİ SİNİF ŞAGİRDLƏRİNİN İDRAK MÜSTƏQİLLİYİNİN İNKİŞAF ETDİRİLMƏSİ YOLLARI
Annotasiya. Tədqiqat müasir dövrdə riyaziyyat dərslərində ibtidai sinif şagirdlərinin təfəkkürünün, yaradıcı qabiliyyətlərinin inkişaf etdirilməsi, onlarda bilik, bacarıq və vərdişlərin formalaşdırılması yollarının öyrənilməsinə həsr edilib. İdrak müstəqilliyi bilikləri müstəqil şəkildə əldə etmək, problemlərin təhlili və həllinə nail olmaq, məntiqi nəticələr çıxarmaq, aktiv idrak fəaliyyəti vasitəsilə mənimsəmək, əldə edilən nəticələri əsaslandırmaq kimi keyfiyyətləri özündə birləşdirir. Məqalədə ibtidai sinif şagirdlərinin idrak müstəqilliyinin inkişaf etdirilməsi və onun pedaqoji əsasları tədqiq olunur, riyaziyyat dərslərində idrak müstəqilliyinin inkişafına təsir edən pedaqoji şərtlər, müəllimin istiqamətləndirici rolu, təlim metodlarının tətbiqi məsələləri nəzərdən keçirilir, idrak müstəqilliyinin mahiyyəti açıqlanır, onun ibtidai təhsil mərhələsində formalaşdırılmasının zəruriliyi əsaslandırılır. Məqalədə, həmçinin problemli situasiyaların yaradılması, sual-cavab və tədqiqat yönümlü tapşırıqlardan istifadə, fəal və interaktiv təlim metodlarının tətbiqi idrak müstəqilliyini inkişaf etdirən əsas vasitələr kimi təhlil olunur. Məqalə ibtidai sinif müəllimləri və pedaqoji tədqiqatçılar üçün praktik və nəzəri əhəmiyyət kəsb edir.
Açar sözlər: ibtidai sinif şagirdləri, riyaziyyat fənni, fəal təlim metodları, idrak müstəqilliyi, tapşırıq, müşahidə, müqayisə.