ŞAGİRDLƏRİN İDRAK FƏALİYYƏTİ XÜSUSİYYƏTLƏRİNDƏN ASILI OLARAQ RİYAZİYYAT TƏLİMİNDƏ TƏDQİQAT METODLARINDAN İSTİFADƏ YOLLARI
Annotasiya. Məqalədə şagirdlərin idrak fəaliyyətinin xüsusiyyətlərindən asılı olaraq tədqiqat metodundan istifadə yolları araşdırılmışdır. Təcrübələr göstərir ki, şagirdlərə tədqiqat xarakterli sual və tapşırıqlar verilərkən onların idraki fəaliyyəti inkişaf edir, diqqəti fəallaşır. Müəllim şagirdləri tədqiqat xarakterli məsələləri plana uyğun şəkildə, istiqamətləndirici suallarla həlli yolunu araşdırmağa yönəldir. Məqalədə dərs prosesində tətbiq edilən tədqiqatçılıq metodundan bəhs olunur, onun məqsəd və vəzifələrinin reallaşdırılması təhlil edilir. Kiçik yaşlı məktəblilərin dərs prosesində idraki fəaliyyət xüsusiyyətlərindən asılı olaraq tədqiqat metodlarının tətbiqləri araşdırılır. Şagirdlərin təlim fəaliyyəti tətbiq olunan metoddan asılı olaraq, öz xarakterinə görə müxtəlif olur. Təlim fəaliyyəti biliklərin qazanılması prosesində şagirdlərin fəallığı, müstəqil yaradıcı axtarışları ilə əlaqədar ola bilər. Şagirdlərdə tədqiqatçılıq bacarıqlarının inkişaf etdirilməsi ibtidai təhsilin qarşısında duran əsas vəzifələrdən biridir. Bu bacarıqların inkişaf etdirilməsində riyaziyyat fənninin xüsusi rolu vardır.
Açar sözlər: ibtidai məktəb, şagirdlər, interaktiv təlim, riyazi təlim metodları, idrak fəaliyyəti, təfəkkürün inkişafı.