Gülnarə Şahmuradova


MƏKTƏB VƏ AİLƏ ŞAGİRDLƏRİN SOSİALLAŞMASINDA MÜHÜM AMİL KİMİ

Annotasiya. Məqalədə şagirdlərin sosiallaşmasında məktəbin və ailənin rolundan bəhs edilir. Ailə üzvlərinin qarşılıqlı münasibətləri, ailədaxili ünsiyyətin usaqların tərbiyəsinə, onların ünsiyyət qurma bacarıqlarına və etik davranışlarına təsirindən danışılır. Qeyd olunur ki, əgər uşaq ailədə maddi-mənəvi problemlər, fiziki-psixoloji şiddət görürsə, bu, özünü onun gələcək həyatında da büruzə verəcək. Müəllif Azərbaycan klassik ədəbiyyatından nümunələr gətirməklə məktəb kollektivinin, müəllimin və valideynlərin şəxsi nümunəsinin şagird şəxsiyyətinin formalaşmasına təsiri ilə yanaşı, onların sosiallaşmasında əhəmiyyətini diqqət mərkəzinə çəkir, ailə üzvlərinin və məktəb kollektivinin bu sahədə üzərinə düşən bir sıra vəzifələr oxucuların diqqətinə çatdırılır.

Açar sözlər: ailə, məktəb, sosial münasibətlər, təlim, şagird şəxsiyyəti, sosiallaşma.

Yüklə Öncəki səhifə