Gülnarə Şahmuradova


İBTİDAİ SİNİF ŞAGİRDLƏRİNİN MULTİKULTURAL DƏYƏRLƏR ƏSASINDA TƏRBİYƏ OLUNMASINDA MÜƏLLİMİN ROLU

Annotasiya. Məqalədə multikulturalizmin, multikultural dəyərlərin uşaqlarda tərbiyə olunması və onun cəmiyyət həyatında rolu öz əksini tapır. Şagirdlərdə multikultural dəyərlərin tərbiyə olunması işində müəllimin aparıcı rola malik olması vurğulanır. Müəllim özü də multikultural xüsusiyyətlərə malik olmalı, sosial proseslərdən düzgün nəticə çıxara bilməli və qərar verməyi, ədalətli olmağı bacarmalıdır. Məqalədə şagirdlərdə müxtəlif dinlərə, mədəniyyətlərə, xalqlara humanist yanaşma, tolerantlıq (dözümlülük) kimi keyfiyyətlərin formalaşmasının, tərbiyə olunmasının əhəmiyyəti izah olunur. Qeyd olunur ki, multikulturalizm müasir dövrdə qloballaşan dünyanın ayrılmaz hissəsi olan Azərbaycan Respublikasında dövlət siyasətinin tərkib hissəsi olmaqla yanaşı, həm də Azərbaycan cəmiyyətinin həyat tərzidir.

Açar sözlər: multikulturalizm, multikultural dəyərlər, tolerantlıq, məktəb–müəllim–şagird münasibətləri, humanist yanaşma.

Yüklə Öncəki səhifə