Günay Hüseynova


İBTİDAİ SİNİFLƏRDƏ ŞAGİRDLƏRDƏ MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRƏ HÖRMƏT HİSSİNİN FORMALAŞDIRILMASININ İMKAN VƏ YOLLARI

Annotasiya. Məqalədə Azərbaycan xalqının milli-mənəvi dəyərlərindən, bu dəyərlərin gənc nəslə ötürülməsinin vacibliyindən və bu mövzuda ümumtəhsil məktəblərində Azərbaycan dilinin tədrisi zamanı keçilən dərslərin və dərsdənkənar tədbirlərin milli maraqlar və dövlətçilik baxımından zəruriliyindən bəhs edilir. Müəllif ibtidai siniflərdə Azərbaycan dilinin tədrisi prosesində şagirdlərdə milli-mənəvi dəyərlərə hörmət hissinin formalaşdırılması və inkişaf etdirilməsi yollarını konkret dərs nümunəsi ilə göstərir. Həmçinin dərsdənkənar tədbirlərdə də Azərbaycan dili fənninin imkanlarından istifadə edilməsini məqsədəuyğun hesab edir, bu tədbirlərdən nümunələr gətirir. Müəllif qeyd edir ki, ibtidai siniflərin Azərbaycan dili dərsliklərinə daxil edilmiş mövzuların tədrisi prosesində məqalədə göstərilən imkan və yollardan istifadə etməklə milli-mənəvi, əxlaqi dəyərlərə hörmət hissinin formalaşdırılmasına və inkişaf etdirilməsinə nail olmaq mümkündür.

Açar sözlər: milli-mənəvi dəyərlər, tədris, dil, proqram, dərslik, dərsdənkənar tədbirlər, tərbiyə.

Yüklə Öncəki səhifə