Günel Şadlinskaya


MƏKTƏBƏQƏDƏR YAŞLI UŞAQLARIN MƏKTƏBƏ HAZIRLANMASININ PEDAQOJİ, PSİXOLOJİ VƏ METODİK ƏSASLARI

Annotasiya. Məqalədə məktəbəqədər təhsil dövlət siyasətinin mühüm bir sahəsi kimi təqdim olunur. Qeyd edilir ki, gələcək nəslin təməl bilik və bacarıqları təhsilin bu pilləsində qoyulur. Bu cəhətdən məktəbəqədər yaşlı uşaqların məktəbə hazırlanması işinin fiziki, intellektual, estetik və yaradıcı, sosial-emosional sahələr üzrə aparılmasının əhəmiyyəti açıqlanır və təlim nəticələrinin proqnozu verilir. Ümumtəhsil məktəblərində təşkil olunan məktəbəhazırlıq qruplarında təlim və tərbiyə işlərinin təşkili, məşğələlərin keçirilməsi ibtidai sinif müəllimlərinin xüsusi səriştəlilik və peşəkarlığını tələb edir. Burada aparılan pedaqoji proses təhsilin ilk səviyyəsi hesab edilir. Məktəbə hazırlıq üzrə aparılan təlim və tərbiyə işlərinin pedaqoji, psixoloji və metodik əsaslar üzərində qurulması tövsiyə olunur.

Açar sözlər: məktəbəqədər yaş dövrü, inkişaf sahələri, məktəbə hazırlıq, estetik və yaradıcı inkişaf, sosial-emosional, fiziki inkişaf.

Yüklə Öncəki səhifə