Həsən Bayramov


İRƏVAN MÜƏLLİMLƏR SEMİNARİYASI VƏ YENİ TİPLİ İCTİMAİ-MAARİFÇİ HƏRƏKATIN GENEZİSİ

Annotasiya. Məqalədə tarixi-pedaqoji prizmadan İrəvan xanlığının “erməniləşdirilməsi”nə qarşı Azərbaycan xalqının çar Rusiyası və sovet dövründə apardığı milli mübarizə araşdırılır, həmçinin ictimai-maarifçi hərəkatın formalaşması prosesi izlənir. İrəvan xanlığının yerli əhalisi olan azərbaycanlılar tərəfindən İrəvanın dini və dünyəvi təşəkkülünün genezisinin müəyyən edilməsi Naxçıvan – Təbriz geomədəni xəttinin azərbaycanlıların milli maraqlar uğrunda mübarizəsinə təsirini müəyyən etməyə imkan verir. Qeyd olunur ki, müsəlman etnik-dini kimliyindən tatar-türk, oradan da Azərbaycan-türk və nəhayət, azərbaycanlı etnik milli kimliyinə transformasiya prosesi məhz bu dövr ziyalılarının çox böyük qüvvə ilə həyata keçirdikləri milli mücadilənin əsas qayəsini təşkil etmişdir. Bu proses özlüyündə iki əsrlik yeni tipli milli maarifçilik hərəkatının təşəkkülündə və sonra milli düşüncənin modernləşdirilməsində tarixi missiyanın hərəkətverici qüvvəsi olmuşdur.

Açar sözlər: İrəvan Seminariyası, ictimai-maarifləndirmə hərəkatı, prosesin genesizi, milli mübarizə, müsəlman-türk əhalisi.

Yüklə Öncəki səhifə