Hümeyir Əhmədov


MİLLİ TƏHSİL TARİXİMİZ — İRƏVAN MÜƏLLİMLƏR SEMİNARİYASI

Annotasiya. Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi haqqında sərəncam verib. Sərəncamda qeyd edilir ki, İrəvan şəhəri tarixən azərbaycanlıların köklü yaşadığı böyük elm, maarif və mədəniyyət mərkəzlərindən biri kimi şöhrət tapıb. Azərbaycanda xalq maarifi, təhsil, ədəbiyyat, mədəniyyət və incəsənətin bir çox nümayəndələri ilk pedaqoji təhsillərini məhz Qori və İrəvan müəllimlər seminariyalarında almışlar. Azərbaycanda pedaqogika elminin yaranması və inkişafı, xalq maarifinin bütöv bir dövrü məhz Qori və İrəvan müəllimlər seminariyaları məzunlarının fəaliyyəti ilə bağlıdır. 1881-ci ilin noyabrında yaradılmış İrəvan Müəllimlər Seminariyası bölgədə çar hökumətinin maraqları naminə yaradılsa da, Azərbaycan xalqının ədəbi, ictimai, elmi və mədəni həyatında mühüm rol oynamışdır. Prezident İlham Əliyevin İrəvan Müəllimlər Seminariyasının 140 illik yubileyinin keçirilməsi ilə əlaqədar imzaladığı sərəncam bu seminariyanın Azərbaycan tarixində necə dərin bir iz qoyduğunun sübutudur.

Açar sözlər: İrəvan Müəllimlər Seminariyasının 140 illiyi, qadın “rus-tatar” məktəbi, “Zəngi” qəzeti, “Zaqafqaziya məktəblərinin vəziyyəti haqqında” qanun, Uluxanlı məktəbinin 125 illiyi.

Yüklə Öncəki səhifə