Hümeyir Əhmədov, Pərvin Əlizadə


AZƏRBAYCAN MİLLİ MƏTBUATININ FORMALAŞMASI VƏ İNKİŞAF XƏTTİ: TARİXİ-MƏNƏVİ KONTEKSTDƏ ELMİ TƏHLİL

Annotasiya. Bu məqalədə Azərbaycan milli mətbuatının formalaşması və inkişaf xətti XIX əsrdə maarifçilik hərəkatının güclənməsi fonunda tarixi-mənəvi kontekstdə elmi şəkildə təhlil edilir. Burada mətbuatın ic timai şüurun oyanması, milli kimliyin bərqərar olması və siyasi düşüncə nin genişlənməsi prosesində oynadığı həlledici rol ardıcıllıqla göstərilir. Tədqiqatda satirik mətbuatın cəmiyyətin sosial-siyasi problemlərini açıq şəkildə ifadə etməklə ictimai tənqid mühitinin formalaşmasına verdiyi töhfələr də xüsusi vurğulanır. Sovet ideoloji çərçivəsində mətbuatın fəa liyyət prinsipləri, bu dövrdə informasiya siyasətinin məhdudiyyətləri və yönləndirmələri elmi yanaşma ilə izah olunur. Müstəqillik mərhələsində medianın qarşısında ortaya çıxan yeni imkanlar, informasiya mühitinin yenilənməsi, media sisteminin modernləşməsi və kütləvi kommunika siyanın strukturunda baş verən dəyişikliklər araşdırılır. Mətbuatın yeni dövrdəki rolu, cəmiyyətin və dövlətin inkişafında strateji əhəmiyyət daşı yan informasiyanın yaradılması və yayılması prosesinə də təsir göstərir.

Açar sözlər: Milli mətbuat, maarifçilik, satirik mətbuat, informasiya mühiti, milli kimlik, mətbuat tarixi, ictimai fikir.

Yüklə Öncəki səhifə