BƏZİ ORTA MƏKTƏB DƏRSLİKLƏRİNİN GENDER EKSPERTİZASININ NƏZƏRİ VƏ TƏCRÜBİ TƏHLİLİ
Annotasiya. Məqalədə orta məktəb dərsliklərində yer alan materiallarda gender bərabərliyinin təbliğ edilməsi məsələləri, gender problemləri araşdırılır. Qeyd olunur ki, dərsliklər yeganə öyrənmə resursu olmasa da, onların kurikulum, təhsil siyasəti və praktika, nəzəriyyə və tətbiq, hökumət sənədləri ilə yanaşı, özəl təşəbbüslərin də mərkəzində dayandığını nəzərə alsaq, kifayət qədər təsir qüvvəsinə malikdir. Azərbaycanın təhsil sistemində tətbiq olunan dərsliklərdə bir sıra müsbət hallarla yanaşı, müxtəlif gender stereotiplərini təşviq edən tapşırıq və şəkillərdə gender bərarbərsizliyinin müşahidə edildiyi məqamlar mövcuddur. Məqalədə qeyd olunur ki, məhz bu baxımdan orta məktəb dərsliklərində gender bərabərliyi üzrə mövzuların işlənməsi tərbiyə və təhsil sistemində bir sıra sahələrdə olan problemlərin aradan qaldırılmasına kömək edəcəkdir.
Açar sözlər: kişilər və qadınlar, gender bərabərliyi, gender bərabərsizliyi, orta məktəb dərslikləri, dərsliklərdə gender yönümlülüyünün qiymətləndirilməsi, gender stereotipləri.