İntiqam Cəbrayılov


İRƏVAN MÜƏLLİMLƏR SEMİNARİYASI VƏ ONUN AZƏRBAYCAN TƏHSİLİNƏ VERDİYİ TÖHFƏLƏR

Annotasiya. Məqalədə İrəvan Müəllimlər Seminariyasının yarandığı tarixi şərait təhlil olunur, onun yaranması, fəaliyyəti, Azərbaycan təhsil tarixində yeri və rolu məsələlərindən bəhs edilir. Elmi tədqiqatlara, mənbələrə əsaslanaraq, seminariyada təhsilin məzmunu, azərbaycanlı müəllimlərin fəaliyyəti və tələbələrin təhsil prosesində iştirakı, onların maarifçilik istiqamətində gördükləri işlər barədə məlumat verilir. XIX əsrin ikinci yarısında yaranmış İrəvan Müəllimlər Seminariyası bu bölgədə maarifçiliyin inkişafında böyük rol oynamışdır. Seminariyanın məzunları Cənubi Qafqazın müxtəlif regionlarında ibtidai məktəblərdə müəllimlik etmiş, geniş dünyagörüşünə malik ziyalılar idi. Onlar Azərbaycanda demokratik ruhlu şəxsiyyətlərin formalaşmasına təsir göstərmişlər. Seminariyanın azərbaycanlı məzunlarının bir çoxu sonralar görkəmli elm, təhsil, mədəniyyət xadimləri olmuş, Azərbaycan tarixində özlərinə məxsus yer tutmuşlar.

Açar sözlər: İrəvan Müəllimlər Seminariyası, Azərbaycan təhsil tarixi, maarifçilik hərəkatı, demokratik ideyalar, müəllim kadrları, Azərbaycan dili, pedaqoji fikir, Azərbaycan ziyalıları.

Yüklə Öncəki səhifə