İradə Nuriyeva


MƏKTƏBƏQƏDƏR TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ METODİK İŞİN TƏŞKİLİNİN ƏSAS TEXNOLOGİYALARI

Annotasiya. Məqalədə məktəbəqədər təhsil müəssisələrində müasir tələblər nəzərə alınaraq, metodik kabinetin, həmçinin pedaqoji işçilər üçün metodik xidmətin təşkili üzrə tövsiyələr, praktik istiqamət təqdim olunur. Məlumdur ki, metodist məktəbəqədər təhsil müəssisəsində pedaqoji işə bilavasitə cavabdeh şəxsdir. Məktəbəqədər təhsil müəssisəsində metodik iş metodistin nəzarəti altında həyata keçirilir. O, pedaqoji kollektivin işini əlaqələndirir, qrup məsləhətləşmələri aparmaqla işçilərin təcrübəsinin, tərbiyəçi-müəllimlərin peşəkarlıq səviyyəsinin artırılmasında iştirak edir. Məktəbəqədər təhsil müəssisələrində metodik işin tərbiyəçi-müəllimin öz biliyini zənginləşdirməsinə, yaradıcı fəaliyyətin motivinin, tətbiqi sənətin və pedaqoji texnologiyaların inkişaf etdirilməsinə yönəldilməsi məqalədə prioritet məsələ kimi təhlil olunur. Müəllif məqalədə, eyni zamanda məktəbəqədər müəssisələrdə metodik işin rolunun və əhəmiyyətinin yüksəldilməsi, bu vacib problemin elmi təhlili və praktik cəhətdən təkmilləşdirilməsi zərurətini irəli sürür. Məqalədə metodik kabinetin işinin təşkili qaydalarından bəhs edərkən qeyd olunur ki, kabinetin məzmunu və tərtibatı məktəbəqədər təhsil müəssisəsinin tərbiyəçi-müəllimlərinin ehtiyaclarına cavab verməli, eyni zamanda metodiki kabinet hər bir tərbiyəçi-müəllim üçün əlçatan, eyni zamanda rahat, çevik iş qrafikinə malik olmalıdır.

Açar sözlər: məktəbəqədər təhsil, məktəbəqədər yaşlı uşaq, tərbiyəçi-müəllim, metodiki xidmət, səriştəlilik, yeni məzmun, inkişaf.

Yüklə Öncəki səhifə