İBTİDAİ SİNİF ŞAGİRDLƏRİNİN PSİXOLOGİYASININ FORMALAŞMASINDA MÜƏLLİMİN ROLU
Annotasiya. Məqalədə ibtidai sinif şagirdlərinin psixologiyasının formalaşmasında müəllimin rolu tədqiq və təhlil olunur. Müəllimin uşaq psixologiyasını bilməsinin təlim-tərbiyə işinin səmərəliliyinə əhəmiyyətli təsiri qeyd edilir, bunun vacibliyi mühüm şərt kimi irəli sürülür. Duyğu, diqqət, qavrayış, hafizə və s. psixi proseslərin vəhdət şəklində və ayrı-ayrılıqda funksiyalarından, eyni zamanda bu proseslərin zehni fəaliyyətlə əlaqəsindən bəhs edilir. Məqalədə müəllimin şagirdlərə fərdi yanaşmasının üstün cəhətləri vurğulanır, göstərilir ki, təlim prosesi hər bir şagirddə diqqət, duyğu, qavrayış, hafizə və s. psixoloji xüsusiyyətlər nəzərə alınaraq təşkil etməlidir. Məqalədə həmçinin müəllimin şagirdlərdə müşahidə bacarığını formalaşdırmasının, onların bilik səviyyəsini yüksəltməsinin, zehni fəaliyyətini inkişaf etdirməsinin imkan və yollarından bəhs olunur.
Açar sözlər: müəllim-şagird münasibətləri, şagirdlərin psixoloji xüsusiyyətləri, duyğu və qavrayış, diqqət və hafizə, şagird biliklərinin zənginləşdirilməsi, zehni fəaliyyət