Lalə Məmmədova


SAĞLAMLIQ İMKANLARI MƏHDUD UŞAQLAR ÜÇÜN XÜSUSİ TƏHSİL

Annotasiya. Məqalədə sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi təhsilin əsas prinsipləri – onun dövlət xarakterliliyi, vahidliyi və təlimin icbariliyindən bəhs olunur. Qeyd olunur ki, inklüziv təhsil mühiti hər hansı bir uşağın təhsilinə, tərbiyəsinə və şəxsi inkişafına dəyər münasibəti sistemi, ümumi təhsil müəssisələrində onların təhsilinin təşkilinə dair resurslar (fondlar, daxili və xarici şərtlər) dəsti və şagirdlərin fərdi təhsil tələbatlarına yönəldilməsi ilə xarakterizə olunur. Bu, ümumi təhsil sisteminə daxil olan xüsusi təhsil müəssisələrinin anomal uşaqların ümumi hazırlıq məqsədlərini təmin edən vahid başlanğıcla təşkil edilməsi deməkdir. Əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların müxtəlif peşələrə yiyələnərək əmək bazarına çıxması və ya özünüməşğulluğunu təmin etməsi sosial inteqrasiyanın mühüm elementidir. Məqalədə, eyni zamanda Azərbaycan Respublikasında xüsusi təhsil üzrə aparılan islahatlar öz əksini tapmışdır. Fiziki, əqli qüsurlu və ya əlilliyi olan uşaqların təhsilinin xüsusi mütəxəssislər tərəfindən həyata keçirilməsinin vacibliyi qeyd olunur.

Açar sözlər: xüsusi təhsil, icbari təhsil, inklüziv təhsil modelləri, sağlamlıq imkanları məhdud uşaqlar, yeni yanaşmalar.

Yüklə Öncəki səhifə