MƏKTƏBƏQƏDƏR TƏHSİLİN KEYFİYYƏTLİ TƏŞKİLİNİN NƏZƏRİ VƏ TƏCRÜBİ MƏSƏLƏLƏRİ (Azərbaycanda müasir məktəbəqədər təhsil sisteminin təhlili)
Annotasiya. Məqalədə Azərbaycanda müasir məktəbəqədər təhsil sisteminin keyfiyyətli təşkili məsələləri araşdırılır. Məlum olduğu kimi, məktəbəqədər təhsil fasiləsiz təhsil sisteminin ilkin halqasıdır. Məktəbəqədər təhsil uşağın sağlam, inkişaf etmiş şəxsiyyət kimi formalaşmasını, öyrənməyə həvəsin yaradılmasını, onun sistemli öyrənməyə hazırlanmasını təmin edir. Bunun üçün qarşıya konkret məqsədlər qoyulur. Təhsil sisteminin modernləşdirilməsi kontekstində Azərbaycanda dövlət təhsil siyasətinin əsas vəzifəsi təhsilin, o cümlədən, müasir məktəbəqədər təhsilin keyfiyyətini təmin etməkdir. Həmçinin qeyd olunur ki, keyfiyyət – obyektin müəyyən edilmiş standartlara uyğunluğudur. Məktəbəqədər təhsilin keyfiyyəti məktəbəqədər təhsilin dövlət standartına (əsas təhsil proqramlarının strukturuna qoyulan tələblər, onların həyata keçirilməsi şərtləri, inkişafının nəticələri) uyğunluq dərəcəsini ifadə edən bir xüsusiyyətdir. Beləliklə, məktəbəqədər təhsilin dövlət standartı məktəbəqədər təhsil sisteminin vəziyyətini və inkişaf parametrlərini qiymətləndirmək üçün bir təlimat, bir vasitə, eyni zamanda meyardır.
Açar sözlər: məktəbəqədər təhsil, yeni məzmun, pedaqoji proses, problem, inkişafetdirici mühit, inteqrasiya, inkişaf sahələri