Mahirə Abdullayeva


İBTİDAİ SİNİFLƏRDƏ İFADƏLİ OXUNUN AKTUAL PROBLEMLƏRİ

Annotasiya. Məqalədə şagirdin yüksək nitq mədəniyyətinə yiyələnməsinin vacibliyi ön plana çəkilir. Qeyd edilir ki, yeni təfəkkür tərzinin formalaşdığı indiki dövrdə savadlı danışıq qabiliyyəti, nitq mədəniyyəti həyatın tələblərindən biridir. Belə bir şəraitdə məktəbin və müəllimin üzərinə böyük məsuliyyət düşür. Bugünkü şagird dərin biliyə malik olmaqla yanaşı, yüksək nitq mədəniyyətinə də malik olmalı, aydın, düzgün, məntiqi, yığcam, rəvan, səlis, cəlbedici, ifadəli danışmağı və qrammatik cəhətdən düzgün yazmağı bacarmalıdır. İbtidai siniflərdə Azərbaycan dili fənninin qarşısında duran əsas vəzifələrdən biri məhz şagirdlərin nitq bacarıq və vərdişlərini inkişaf etdirmək, nitq mədəniyyətinin formalaşdırılması istiqamətində iş aparmaqdır. Bu istiqamətdə aparılan işlərin səmərəli olmasında şagirdlərin ifadəli oxu bacarıq və vərdişlərinə yiyələnmələrinin böyük əhəmiyyəti vardır. Bununla bağlı yuxarı siniflərdə sistemli araşdırmalar aparılsa da, ibtidai təlim sahəsinə aid sanballı tədqiqat işləri aparılmamışdır. İbtidai siniflərdə şagirdlərin ifadəli oxu problemlərinin araşdırılması vacib məsələlərdən biridir. Elmi araşdırmalar daha çox elmin şifahi deyil, yazılı qolu üzərində aparılmış və bunun nəticəsi olaraq oxu, ifadəli oxu təliminin geniş öyrənilməsi son dövrlərdən başlanmışdır.

Açar sözlər: ibtidai sinif, nitq mədəniyyəti, öyrətmə, Azərbaycan dili dərsləri, ifadəli oxu, nitq inkişafı.

Yüklə Öncəki səhifə