Mətanət Qurbanova


AZƏRBAYCANDA İBTİDAİ ÜMUMTƏHSİL MƏKTƏBLƏRİNİN İDARƏ OLUNMASI

Xülasə. Məqalədə Azərbaycan Respublikasında ibtidai təhsil və ibtidai məktəb idarəçiliyinin dəyişən xarakteri təhlil edilir. Müstəqilliyin ilk illərindən bu günə, 1990-cı ildən 2024-cü ilə qədər səmərəli idarəetmə sisteminin formalaşdırılması baxımından ibtidai məktəb idarəçiliyi öz inkişaf trayektoriyasına malikdir. Bu təsviri kəmiyyət tədqiqatında Azərbaycanda ibtidai məktəblərin sistem və idarəetmə nümunəsini statistik təhlil etmək üçün ölçülə bilən məlumatlar toplanmışdır. Burada, rəqəmlər müəyyən zaman kəsiyində mövcud nümunələri, əlaqələri, meylləri, xüsusilə də Beynəlxalq Standart Təhsil Təsnifatının İbtidai Təhsil səviyyəsində (İSCED 1) uyğunluğunu müqayisə etmək imkanını verir.

Açar sözlər: ibtidai ümumtəhsil məktəbi, ibtidai ümumtəhsil məktəbinin idarə olunması, İSCED 1, təsviri kəmiyyət tədqiqatı, Azərbaycan nümunəsində/keysində.

Yüklə Öncəki səhifə