Misir Mərdanov


QƏRBİ AZƏRBAYCAN HƏQİQƏTLƏRİ: GÖRKƏMLİ İCTİMAİ-SİYASİ XADİM ƏZİZ ƏLİYEV HAQQINDA

Annotasiya. Hazırda ermənilərin əlində olan qədim Azərbaycan şəhəri İrəvanın elm, təhsil və mədəniyyət mühiti Azərbaycan xalqına yüzlərlə ziyalı bəxş edib. XIX əsrdə bu şəhərdə məktəb və mədrəsələrin böyük şəbəkəsi mövcud olub, dini və dünyəvi elmlər inkişaf edib. Azərbaycanın Rusiya tərəfindən işğal edilməsindən sonra dünyəvi məktəblər dini məktəbləri üstələməyə başladı. Ruslaşdırma və xristianlaşdırma siyasətini həyata keçirən çar Rusiyası məmurları İrəvanda da yerli əhalinin təhsil ehtiyaclarını ödəmək məqsədi ilə əvvəlcə qəza məktəbləri açdılar, sonra onu progimnaziyaya, daha sonra gimnaziyaya çevirdilər. Rus dilində təhsil verən məktəblərin sayının artması müəllim kadrlarına olan ehtiyacı daha da artırdı. 1881-ci ildə İrəvan Müəllimlər Seminariyası təşkil olunduqdan sonra şəhərdə və ümumiyyətlə, İrəvan quberniyasında azərbaycanlıların cəlb olunduğu təhsil şəbəkəsi formalaşdı. Məqalədə İrəvan gimnaziyasında və İrəvan Müəllimlər Seminariyasında təhsil alanların bəzilərinin siyahısı və görkəmli ictimai-siyasi xadim Əziz Əliyevin həyat və fəaliyyəti haqqında maraqlı məlumatlar verilir.

Açar sözlər: Qərbi Azərbaycan, İrəvan, Əziz Əliyev, İrəvan gimnaziyası, İrəvan Müəllimlər Seminariyas

Yüklə Öncəki səhifə