Müjkan Məmmədzadə


UŞAQ MUSİQİSİNİN TƏRBİYƏVİ POTENSİALI: PEDAQOJİ VƏ PSİXOLOJİ ASPEKTLƏR

Annotasiya. Məqalədə uşaq musiqisinin tərbiyəvi potensialı pedaqoji və psixoloji aspektlər baxımından sistemli şəkildə təhlil olunur. Tədqiqatın əsas məqsədi musiqinin uşaqların şəxsiyyət inkişafında oynadığı kompleks rolunu, o cümlədən emosional tənzimləmə, sosial bacarıqların formalaşması, milli-mənəvi dəyərlərin aşılanması və estetik zövqün inkişafı sahəsindəki funksiyalarını elmi əsaslarla araşdırmaqdır. Bu məqsədlə məqalədə yerli və beynəlxalq elmi mənbələrə, eləcə də Azərbaycan uşaq musiqisinin ənənəvi və peşəkar nümunələrinə istinad edilərək mövcud pedaqoji və psixoloji yanaşmalar müqayisəli şəkildə şərh edilmişdir. Məqalədə folklor janrlarına (ninnilər, laylalar, saymacalar və oyun mahnıları) və peşəkar bəstəkarların – Fikrət Əmirov, Rauf Hacıyev, Emin Sabitoğlu və başqalarının uşaqlar üçün bəstələdiyi musiqi əsərlərinə istinad edilərək, bu nümunələrin uşaqlarda vətənpərvərlik, əməksevərlik, empatiya, ailəyə sevgi və əxlaqi davranış kimi keyfiyyətlərin formalaşdırılmasına yönəlmiş funksiyaları təhlil edilmişdir. Psixoloji aspektlər baxımından musiqinin uşaqlarda özünüifadə, yaradıcılıq, emosional stabillik və sosial uyğunlaşma qabiliyyətlərini stimullaşdırdığı elmi əsaslarla göstərilmişdir. Bundan əlavə, musiqi vasitəsilə erkən yaş dövründə nitq və yaddaş inkişafının dəstəklənməsi məsələlərinə də toxunulmuşdur.

Açar sözlər: uşaq musiqisi, tərbiyəvi funksiya, pedaqoji yanaşma, psixoloji inkişaf, musiqi təhsili.

Yüklə Öncəki səhifə