Nailə Hüseynova


SEREBRAL İFLİCLİ UŞAQLARLA APARILAN KORREKSİYA-PEDAQOJİ İŞİN SİSTEMİ

Annotasiya. Məqalədə serebral iflicli uşaqlarla korreksiya və pedaqoji işin məqsədi açıqlanır. Həmçinin, bu qrupa aid uşaqlarla korreksiya-pedaqoji iş sisteminin əsas prinsipləri ətraflı təsvir edilmişdir. Serebral iflicli uşaqların inkişafının dörd səviyyəsi təhlil edilmişdir. Məqalədə hər bir səviyyənin əsas vəzifələri xüsusi olaraq təhlil edilmiş və tapşırıqlar əsasında korreksiya-pedaqoji iş sisteminin istiqamətləri göstərilmişdir. Həmçinin məqalədə qeyd edilir ki, serebral iflicli uşaqlarda fizioloji exolaliya müşahidə olunur, nitqin aktivləşməsi və stimullaşdırılması ilə səslər kompleksi, tələffüz qabiliyyəti formalaşır. Sensor deprivasiya ilə sensomotor funksiyalarda patoloji dəyişikliklər müşahidə olunur, bunun nəticəsində uşaqların motor inkişafında ləngimə olur, məkan koordinasiyası pozulur. Məqalədə serebral iflicli uşaqlarda problemin aradan qaldırılmasında mərhələli tibbi və pedaqoji reabilitasiya sisteminin əhəmiyyəti araşdırılır, onların həyatına müsbət təsir göstərməyə çalışan mütəxəssislərin fədakarlığı vurğulanır, korreksiyaedici pedaqoqun bu sahədə təşkil etdiyi işin formaları və fəaliyyət istiqamətlərindən bəhs edilir.

Açar sözlər: serebral iflicli uşaqlar, nitqdən əvvəlki dövr, pozulmuş funksiya, korreksiya-pedaqoji iş, stimullaşdırma, inkişaf, formalaşdırma.

Yüklə Öncəki səhifə