TƏDRİS PROQRAMININ KEYFİYYƏTİ VƏ BEYNƏLXALQ
Annotasiya. Bu məqalədə tədris proqramlarının keyfiyyəti və beynəlxalq standartlara uyğunluğu müxtəlif ölkələrin təcrübələri əsasında müqayisəli təhlil olunur. Tədqiqatın əsas məqsədi Azərbaycanın ümumtəhsil kurikulumunun beynəlxalq təhsil standartları ilə uyğunluq səviyyəsini müəyyən etmək, mövcud problemləri üzə çıxarmaq və təkmilləşdirmə istiqamətlərini müəyyənləşdirməkdir. Araşdırma çərçivəsində kurikulumun bilik, bacarıq və kompetensiyaların formalaşdırılmasına təsiri, əmək bazarının tələblərinə cavab vermə səviyyəsi, fənlərarası inteqrasiyanın tətbiqi, nəzəri və praktik komponentlər arasında balans, sosial ədalət və inklüzivlik prinsiplərinin inteqrasiyası, eləcə də keyfiyyət təminatı və monitorinq mexanizmləri təhlil edilmişdir. Respondentlərin cavabları göstərir ki, müasir kurikulum modelləri rəqəmsallaşma, təcrübə əsaslı öyrənmə və qlobal bacarıqların inkişafına yönəlmişdir. Məqalədə Azərbaycan kurikulumu beynəlxalq təcrübə ilə müqayisə edilərək onun güclü tərəfləri və inkişaf etdirilməli istiqamətləri müəyyən edilmiş, tədris proqramlarının daha çevik, praktik yönümlü və qlobal trendlərə uyğun şəkildə təşkili üçün elmi əsaslandırılmış tövsiyələr irəli sürülmüşdür.
Açar sözlər: ümumtəhsil, tədris proqramı, kurikulum, keyfiyyət, beynəlxalq standartlara uyğunluq, təhsil islahatları.