Nəbi Mahmudov


Məqalədə şagird fəaliyyətinin əsas məzmun standartlarının siniflər üzrə alt standartları əsasında qiymətləndirilməsindən söhbət gedir. İlk dəfə olaraq şagirdlərin bacarıq səviyyələrinin eyni məzmun standartlarının siniflər üzrə alt məzmun standartları əsasında qiymətləndirilməsi üzrə rubriklərin hazırlanması zamanı onların səviyyələri arasında əlaqənin yaradılması təklif olunur və nümunələr verilir. Nümayişetdirmə, təqdimetmə aspektləri üzrə şagirdlərin fəaliyyətinin qiymətləndirilməsi üçün holistik rubrik nümunələri də təqdim olunur. Beləliklə, ibtidai təhsil səviyyəsində şagirdləri birinci sinifdə qəbul edən müəllim onlarla dörd il ardıcıl təmasda olduğu üçün hər növbəti dərs ilində onların fəaliyyətini izləyərək, əvvəlki sinifdə onların bacarıqlarını nəzərə alır və sonrakı sinifdə irəliləmə səviyyələrini düzgün müəyyən edə bilir.

Açar sözlər: ibtidai sinif, fəaliyyətin izlənilməsi, rubrik, rubrik səviyyələri, siniflər üzrə rubriklərarası əlaqə. 

Yüklə Öncəki səhifə