Nərgiz Ağayeva


İBTİDAİ SİNİFLƏRDƏ DİNLƏMƏ MƏTNLƏRİ ÜZƏRİNDƏ APARILAN DİDAKTİK İŞLƏRİN SFERASI

Annotasiya. İnsanlar bir dili öyrənmək istədikdə, onlara lazım olan əsas və ilkin bacarıq dinləmədir. Dil öyrənmə prosesində insanlar yazmazdan, oxumazdan və danışmazdan qabaq yalnız dinləyirlər. Ünsiyyət zamanı başlıca rol oynayan dinləmə bacarığı dil öyrənmədə də ən başlıca və vacib bir amildir. Bu mənada, ana dilimizin incəliklərinin öyrənilməsi üçün dinləmə və anlama birinci dərəcəli məfhumdur. Biz dərs prosesində bu bacarıqları şagirdlərdə düzgün şəkildə formalaşdırmalıyıq, çünki biz dinləyib-anlama bacarığını şagirddə düzgün formalaşdırsaq, digər bacarıqları − danışma, oxu, yazı, dil qaydalarını da düzgün formalaşdırmış olacağıq. Bu bacarıqlar sistemli, ardıcıl şəkildə bir-biri ilə bağlıdır. Bu baxımdan, onlar arasında məntiqi əlaqə düzgün qurulmalıdır. Eyni zamanda dinləmə mətnləri üzərində aparılan işlərin bütün didaktik imkanlarından geniş şəkildə istifadə etmək bu bacarıqların öyrənilməsinin uğurla həyata keçirilməsinə səbəb olur.

Açar sözlər: dinləmə mətni, ibtidai təhsil, Azərbaycan dili, tədris prosesi, didaktik imkanla

Yüklə Öncəki səhifə