Nuranə Əliyeva


DEMOKRATİK MƏKTƏB MODELİ: TARİXİ, FƏLSƏFİ VƏ PRAKTİK PERSPEKTİVLƏR

Annotasiya. Məqalədə demokratik məktəb modeli pedaqoji fikir tarixinin müxtəlif mərhələlərində formalaşmış fəlsəfi və praktiki əsaslar üzərindən araşdırılır. Russo, Pestalotsi, Dyui, Tolstoy, A.S. Neill və Yaakov Hecht kimi görkəmli pedaqoqların ideyaları fonunda demokratik məktəbin prinsipləri (azadlıq, iştirakçılıq, bərabərlik və məsuliyyət) təhlil edilir. Kvalitativ metodologiyaya əsaslanan tədqiqat, demokratik təhsilin məktəb idarəçiliyi və təlim-tərbiyə prosesinə gətirdiyi yenilikləri üzə çıxarır. Məqalə, demokratik təhsil modelinin Azərbaycan təhsil sistemində tətbiqinə dair elmi əsaslandırılmış perspektivlər təqdim edir. Bununla yanaşı, məqalədə demokratik məktəb modelinin tətbiqi zamanı qarşıya çıxan pedaqoji, institusional və sosial məhdudiyyətlər də tənqidi baxımdan qiymətləndirilir. Demokratik idarəetmə mexanizmlərinin məktəb mühitində formalaşmasına təsir edən daxili və xarici amillər ayrıca təhlil olunur. Tədqiqat nəticələri göstərir ki, demokratik məktəb modeli şagirdlərin yalnız akademik deyil, həm də şəxsiyyətyönümlü və sosial inkişafını dəstəkləyən effektiv alternativ təhsil yanaşmasıdır. Məqalə demokratik təhsil sahəsində aparılan gələcək tədqiqatlar üçün nəzəri baza yaradır və praktiki tətbiqlər baxımından istiqamət verici xarakter daşıyır.

Açar sözlər: demokratik təhsil, demokratik məktəb mühiti, demokratik prinsiplər, demokratik məktəbin xüsusiyyətləri, təhsil fəlsəfəsi, tarixi-pedaqoji kontekst.

Yüklə Öncəki səhifə