Pərişan Həsənova


MƏKTƏBƏQƏDƏR TƏHSİLDƏ PEDAQOJİ ÜNSİYYƏT VƏ ONUN MÜASİR PROBLEMLƏRİ

Annotasiya. Məqalədə ünsiyyət müasir şəxsiyyətyönümlü təhsilin vacib problemi olaraq araşdırılır. Göstərilir ki, müasir məktəbəqədər təhsilin inkişaf və tərəqqisi pedaqoji prosesdə özünü göstərən ünsiyyətlə bağlıdır. Valideynlərin ünsiyyət mədəniyyətinə malik olmaları üçün onların pedaqoji maarifləndirilməsi mühüm şərtdir. Məqalədə qeyd edilir ki, qlobal aləmlə ünsiyyət bizi bütün sahələrdə inkişafla qarşılaşdırır, ancaq bu inkişaf müəyyən problemlər yaradır. Problemlərin həlli yollarını düşünməzdən əvvəl onların baş vermə səbəblərini araşdırmalıyıq. Müəllif problemlərin çoxunun, əsasən, uşaq – valideyn – tərbiyəçi – müəllim arasında ünsiyyətin düzgün qurulmamasında görür. Məqalədə məktəbəqədər təhsildə ünsiyyət problemlərinin həlli yolları da göstərilmişdir.

Açar sözlər: ünsiyyət, şəxsiyyətyönümlü təhsil, müasir məktəbəqədər təhsil, ünsiyyət problemləri, ünsiyyət mədəniyyəti, valideyn əməkdaşlığı.

Yüklə Öncəki səhifə