PEDAQOJİ ÜNSİYYƏTİN FORMALAŞDIRILMASINDA TƏRBİYƏÇİ MÜƏLLİMİN PEŞƏ KEYFİYYƏTLƏRİNİN ROLU
Annotasiya. Məqalədə müasir dövrdə təhsilin iqtisadi və ictimai inkişafın yeni keyfiyyətlərinin formalaşdırılmasında başlıca amillərdən olmasını nəzərə alaraq məktəbəqədər təhsil sahəsində çalışan tərbiyəçi-müəllimlərin peşə keyfiyyətlə rinin yüksəldilməsinin müxtəlif aspektləri araşdırılmış, əsas hədəf təhsilin məzmununun təkmilləşdirilməsinə, peşəkar pedaqoji heyətin və idarəetmə struktur larının təsiretmə mexanizmi kimi əhəmiyyətinə istiqamətlənmişdir. Məqalədə pedaqoji ünsiyyətin təhsil prosesinin əsas tərkib hissəsi olduğu, onun sadəcə informasiyanın ötürülməsi deyil, eyni zamanda uşaqların emosional və sosial inkişafına təsir edən mürəkkəb proses kimi əhəmiyyəti göstərilmişdir. Səmərəli pedaqoji ünsiyyətin təhsil mühitində öyrənmə motivasiyasını artırmaqda, uşaqlarda özünəinamın formalaşdırılmasında, yaradıcı düşüncənin inkişafında vacib rol oynadığı vurğulanır. Problemin əhəmiyyəti məktəbəqədər təhsil sahəsində çalışan tərbiyəçi-müəllimlərin malik olduqları kompetensiyaların müxtəlif as pektlərinin araşdırılmasını tələb edir.
Açar sözlər: məktəbəqədər təhsil, tərbiyəçi-müəllim, müasir təhsil, pedaqoji ün siyyət, kommunikativ bacarıqlar, peşə keyfiyyətləri.