Qasım Hacıyev


İRƏVAN MÜƏLLİMLƏR SEMİNARİYASI VƏ AZƏRBAYCANÇILIQ İDEOLOGİYASI

Annotasiya. Məqalədə İrəvan Müəllimlər Seminariyasının tarixindən bəhs olunur. İrəvan Qərbi Azərbaycanda (indiki Ermənistanın paytaxtı) orta əsrlərdə yaranmış Azərbaycan şəhərlərindən biridir. XIX əsrin əvvəllərində Gülüstan və Türkmənçay müqavilələrindən sonra Azərbaycanın bu bölgəsinə ermənilər köçürülüb məskunlaşdırılmışdır. İrəvan Müəllimlər Seminariyası açılana qədər – orta əsrlərdən etibarən bu regionda təhsil ocaqları fəaliyyət göstərmiş və zəngin təhsil mühiti yaranmışdır. XIX əsrin sonlarında (1881-ci il) yaranmış İrəvan Müəllimlər Seminariyasında Avropanın mütərəqqi təhsil ənənələri tədbiq olunurdu. Baxmayaraq ki, bu regionda rusların imperiya siyasəti ermənilərin, erməni millətçiliyinin çiçəklənməsinə hərtərəfli şərait yaradırdı, bu təhsilin formalaşması və inkişafı, heç şübhə yoxdur ki, yerli xalqın – Azərbaycan türklərinin təhsilə böyük marağından irəli gəlirdi. Azərbaycan türkləri elmi, mədəniyyəti dəyərləndirməyi bacaran xalq kimi, hər dəfə, imkan olduqca, öz fəallığını göstərirdi. Qeyd olunur ki, azərbaycançılıq ideologiyasının geniş vüsət alması da həmin seminariyanın fəaliyyəti ilə sıx bağlı olmuşdur. Açar sözlər: Qərbi Azərbaycan, İrəvan Müəllimlər Seminariyası, rusların imperiya siyasəti, təhsil, məktəb, azərbaycançılıq ideologiyası.

Yüklə Öncəki səhifə