AİLƏ KİÇİK YAŞLI MƏKTƏBLİLƏRDƏ MƏDƏNİ DAVRANIŞ VƏ ADƏTLƏRİN FORMALAŞMASININ ƏSAS AMİLİ KİMİ
Annotasiya. Müasir cəmiyyətimizdə cərəyan edən sosial-ictimai proseslər Azərbaycanın gələcəyi, onun uşaq, yeniyetmə və gənclərinin davranış mədəniyyəti haqqında düşünməyə vadar edir. Ailədə uşaqların mədəni davranışının formalaşdırılması problemini aktuallaşdıran səbəblər aşağıdakılardır: cəmiyyətimizin, savadlı, yüksək mənəviyyatlı, yalnız biliklərə deyil, həmçinin gözəl davranış mədəniyyətinə malik olan insanlara ehtiyacı vardır. Azərbaycanın dinamik inkişaf etməsi üçün təhsil sistemində mədəni səviyyəyə, seçdikləri sahədə dərin peşə biliklərinə malik olan mütəxəssislər yetişdirilməlidir. Buna görə də onların davranış mədəniyyətinin mahiyyətini, məzmununu izah etmək, bunun əsasında da onların mədəni davranışını formalaşdırmaq vacibdir. Yüksək davranış mədəniyyətinə malik, baş verən hadisələri müstəqil və düzgün qiymətləndirməyə qadir gənclər yetişdirmək ümumtəhsil müəssisələrinin qarşısında duran əsas prinsiplərdən biridir. Onların həyata keçirilməsi gənclərin davranış mədəniyyətinin formalaşması ilə bağlıdır. Məqalədə bu kimi mühüm sosial-ictimai problemlər tədqiqata cəlb olunur.
Açar sözlər: mədəni davranış, adət-ənənə, ailə, tərbiyə, rəftar, əxlaq, özünüdərketmə.