UŞAQLARDA TOLERANTLIĞIN FORMALAŞDIRILMASI ÜZRƏ İBTİDAİ SİNİF MÜƏLLİMLƏRİNİN XÜSUSİ HAZIRLIĞI
Annotasiya. Məqalədə ümumbəşəri və milli problemlərdən biri olan tolerantlığın kiçik yaşlı məktəblilərdə formalaşdırılmasının imkan və yolları araşdırılmışdır. Tərbiyə yalnız pedaqoji problem kimi deyil – həm də cəmiyyətin inkişaf problemi baxımından həyati əhəmiyyət kəsb etdiyindən tolerantlıq tərbiyəsi də kiçik məktəb yaşlı uşaqların yiyələnməli olduğu əsas və vacib xüsusiyyətlərindən biridir. Məqalədə ümumtəhsil müəssisələrində tolerantlığın formalaşması yollarının xüsusi təşkil olunmuş prosesdə tədqiqi işıqlandırılır. Həmçinin, şəxsiyyətin sosial əhəmiyyətli xüsusiyyətlərinin, o cümlədən tolerantlığın formalaşması üçün ən əlverişli şəraitin məhz kiçik məktəb yaşında yaranmasından və bu istiqamətdə sırf ibtidai sinif müəllimlərinin üzərinə düşən vəzifə və məsuliyyətdən bəhs olunur. Məqalədə, eyni zamanda tolerantlığın tərbiyə olunması, formalaşdırılması üçün müəllimlərin istifadə etməli olduqları bir çox metod və pedaqoji vasitələr öz əksini tapmışdır. Aparılan təhlillərə əsasən qeyd edilmişdir ki, bu metoddan istifadə edərkən müəllim və valideynlər kiçik yaşlı uşaqların xüsusiyyətlərini nəzərə almalıdırlar.
Açar sözlər: kiçik yaşlı məktəbli, tolerantlıq, təlim-tərbiyə prosesi, müəllim, metodlar və pedaqoji vasitələri.