Səbinə Cəfərova


AZƏRBAYCAN AİLƏLƏRİNDƏ TƏRBİYƏ MƏSƏLƏLƏRİ (XIX ƏSRİN SONU – XX ƏSRİN ƏVVƏLLƏRİ İLƏ MÜASİR DÖVRÜN MÜQAYİSƏLİ TƏHLİLİ)

Annotasiya. Məqalədə XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycanda uşaqların ailədə tərbiyəsi problemləri araşdırılır və təhlil olunur. Eyni zamanda, həmin dövrdə uşaqların tərbiyəsi, onların şəxsiyyət kimi formalaşdırılmasında ailə tərbiyəsinin rolu, onun uşağın tərbiyəsinə təsiri kimi müxtəlif problemlərə toxunulur. Bundan əlavə, məqalədə tədqiq olunan dövrlə müqayisədə müasir ailənin funksiyaları, bu funksiyaların yerinə yetirilməsinin ailəyə təsiri, uşaqların ailədə tərbiyəsinə verilən əsas tələblərdən bəhs edilir. Məqalənin yazılmasında əsas məqsəd XIX əsrin sonu – XX əsrin əvvəllərində və müasir dövrdə ailə funksiyalarının müqayisəli təhlilinin nəzəri əsaslarını göstərməkdən ibarətdir.

Açar sözlər: Azərbaycan cəmiyyəti, müasir ailə, ailə tərbiyəsi problemləri, ailənin funksiyaları, valideyn nüfuzu, uşaq şəxsiyyəti.

Yüklə Öncəki səhifə