MƏKTƏBƏQƏDƏR TƏHSİLDƏ ÖYRƏNMƏ PROSESİNƏ LAYİHƏ ƏSASLI YANAŞMA
Annotasiya. Məqalədə “Layihə əsaslı öyrənmə” təlim modelinin mək təbəqədər təhsildə tətbiqi, bu yanaşmanın erkən yaş dövründə uşaqların tənqidi düşüncə, əməkdaşlıq və yaradıcılıq bacarıqlarının inkişafına təsirləri araşdırılaraq təhlil edilir. Tədqiqat həm nəzəri, həm də praktik təcrübələr əsasında layihə əsaslı öyrənmə modelinin effektivliyini qiymətləndirir. Layihə əsaslı öyrənmə metodu özünütənzimləmə, problem həlli, əməkdaşlıq, şəxsiyyətlərarası münasibətlər, informasiya emalı, tənqidi, yaradıcı, analitik düşünmə, dəyərləndirmə, ətraf aləmi dərketmə və s. is tiqamətlərdə uşaqların inkişafına şərait yaradır. Bu metodun erkən yaş dövründə tətbiqi bir çox sahədə uşağın inkişafına töhfə verir, lakin öyrənmənin effektivliyi sözsüz ki, təhsil prosesinin iştirakçılarının əməkdaşlığı və düzgün qurulmuş strategiyadan asılıdır. Tədqiqat uşaqların maraq dairəsinə uyğun, real həyatla əlaqəli fəaliyyətlər vasitəsilə effektiv öyrənməyə əsaslanır. Ümumilikdə, bu yanaşma didaktik prinsipləri özündə ehtiva edir və uşağın əylənərək, stressiz əqli, fiziki, sosial və bir çox istiqamətlərdə inkişafına əhəmiyyətli təsir göstərir.
Açar sözlər: məktəbəqədər təhsil, erkən yaş dövrü, layihə əsaslı öyrən mə, yaradıcılıq, əməkdaşlıq, fəal öyrənmə, informasiya emalı.