GƏLƏCƏK TƏRBİYƏÇİ-MÜƏLLİMLƏRİN PEŞƏ HAZIRLIĞINDA İNTERAKTİV TƏLİM METODLARINDAN İSTİFADƏ İMKANLARI
Annotasiya. Ən yeni texnologiyalardan biri sayılan interaktiv təlim metodları təlim və tərbiyə prosesinin bütün tərəfləri üçün zəruri vasitə hesab edilir. İnteraktiv təlim metodlarından istifadə zamanı tələbə öz marağına və fəaliyyətinə əsasən yeni biliklərə yiyələnir, dərsə yaradıcı yanaşır, qazandığı bilikləri möhkəm mənimsəyir və uzun müddətli yadda saxlayır. Məqalədə interaktiv təlim metodlarının mahiyyətindən, tələbələrin müəllimin rəhbərliyi altında xüsusi seçilmiş, ən vacib təlim materialının asan başa düşülən və mənimsənilmə prosesində fakt və hadisələrin səbəb-nəticə əlaqələrini, qanunauyğunluqlarını aşkar etməyi, nəticə çıxarmağı, mühüm və dərin ümumiləşdirmələr aparmağı öyrənməsi imkanları izah olunur. Məqalədə təlim prosesində interaktiv metodlarla işi təşkil etmək üçün istifadə edilə bilən müxtəlif formalardan bəhs edilir. Qeyd olunur ki, təlim prosesində interaktiv texnologiyaların istifadəsi gələcək tərbiyəçi-müəllimlərin zehni yükünü azaldır, fəaliyyət formalarını dəyişdirməyə imkan verir və onları ictimai münasi bətlər sistemində aktiv qarşılıqlı fəaliyyətə təşviq edir.
Açar sözlər: məktəbəqədər təhsil, tərbiyəçi-müəllim hazırlığı, tərbiyəçi-müəlli min kompetensiyaları, interaktiv metodlar.