Səlbi Abasova


DAUN SİNDROMLU MƏKTƏBƏQƏDƏR YAŞLI UŞAQLARDA NİTQ İNKİŞAFININ EKSPERİMENTAL TƏDQİQİ

Annotasiya. Daun sindromlu uşaqlarda düzgün nitq və ünsiyyət bacarıqları belə uşaqların erkən yaş dövrlərində xüsusi üsullarla inkişaf etdirilə bilər ki, bu da onlarda loqopedik diaqnostika və koqnitiv proseslərin inkişafına kömək edir. Ünsiyyət vasitələrinin yaradılması kommunikativ fəaliyyətin həlledici struktur komponentini təşkil edir. Gecikmiş nitq inkişafı çox vaxt ünsiyyət vasitələrinin inkişafında nəzərəçarpacaq geriləmə ilə əlaqələndirilir, kommunikativ fəaliyyətin digər aspektləri isə Daun sindromlu uşaqların xüsusiyyətlərinə uyğun olaraq nisbətən qorunub saxlanılır. Digər komponentlərin stimullaşdırılması yolu ilə ünsiyyət vasitələrinin inkişafı idrak və davranış pozulmalarının qarşısını almağa kömək edə bilər.

Açar sözlər: Daun sindromu, tədqiqat, eksperiment, diaqnoz, meyar, alt meyar, nəzarət qrupu, inkişaf səviyyəsi.

Yüklə Öncəki səhifə