Şərafət Baxışova


MƏKTƏBƏQƏDƏR TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ İNKİŞAFETDİRICİ TƏLİMİN DİDAKTİK ƏSASLARI

Annotasiya. Tədqiqatda məktəbəqədər təhsil müəssisələrində inkişafetdirici təlimin didaktik əsasları mövzusu üzərində araşdırma aparılır, mahiyyəti tədqiq edilir, müasir pedaqoji yanaşmalar, təlimin məzmunu, metod və texnologiyaları, uşaqların fərdi, sosial, emosional inkşafına təsir edən amillər və s. məsələlər təhlil olunur. Qeyd olunur ki, uşaqların idrakının hərtərəfli inkişaf etdirilməsi, ilk növbədə, inkişafetdirici təlimin həyata keçirilməsini, bu prosesdə varisliyin gözlənilməsini tələb edir və təlim texnologiyasının modeli elə təqdim edilməlidir ki, tərbiyəçi-müəllim təlim prosesinin təşkilində bütün səylərini özünüinkişafa və şəxsiyyətin inkişafına yönəltsin. Tədqiqatda inkişafetdirici təlimin tətbiqində idrak fəallığını stimullaşdıran metodların, məşğələlərin təşkili və onların səmərəli tətbiqinin əhəmiyyəti ətraflı izah olunur. Eyni zamanda inkişafetdirici təlimin səmərəli təşkili üçün nəzəri, praktik tövsiyələr təqdim edilir.

Açar sözlər: inkişafetdirici təlim texnologiyası, idraki funksiyaların inki şafı, yaradıcı təfəkkür, didaktik əsaslar, interaktiv təlim formaları.

Yüklə Öncəki səhifə