Səyyarə Cəfərova


İBTİDAİ SİNİF ŞAGİRDLƏRİNƏ MİLLİ VƏ BƏŞƏRİ DƏYƏRLƏRİN AŞILANMASI PROBLEMİNİN ELMİ- METODİK ƏDƏBİYYATDA QOYULUŞU

Annotasiya. Tədqiqatın əsas məqsədi müasir dövrdə təlim prosesində kiçik yaşlı məktəblilərin milli və bəşəri dəyərlər əsasında tərbiyə olunma imkanlarının yüksəldilməsinə, eləcə də onların milli ruhda tərbiyəsinin uğurla reallaşdırılmasına xidmət göstərəcək metodların aşkar olunaraq tədqiq edilməsidir. Belə ki, kiçik yaşlı məktəblilərin milli və bəşəri ruhda tərbiyə edilməsinə dair yanaşmalar mövcud elmi-pedaqoji ədəbiyyatda araşdırılmış, onların milli və bəşəri dəyərlər əsasında tərbiyə edilməsi pedaqoji problem kimi təhlil olunmuşdur. Böyüməkdə olan nəslin bu yöndə tərbiyə olunmasında daha çox təsir gücünə malik olan pedaqoji prosesdə hümanitar fənn tədrisinin rolu işıqlandırılmışdır. Tədqiqat işində, həmçinin tarixi və nəzəri faktlar araşdırılmışdır. Aparılan araşdırmada şəxsiyyətin öyrənilməsinə yönəlmiş elmlər (pedoqogika, fəlsəfə, psixologiya, sosiologiya və s.) üzərində əhatəli şəkildə olmasa da, müəyyən qədər təhlillər aparılmış, onların təhsilalanların milli və bəşəri dəyərlər əsasında tərbiyəsindəki təsiredici rolu barədə məlumat verilmişdir.

Açar sözlər: ibtidai təhsil pilləsi, kiçik yaşlı məktəblilər, milli-mənəvi dəyərlər, bəşəri dəyərlər, folklor nümunələri, təlim, tədris.

Yüklə Öncəki səhifə