Şəhla Balayeva, Nigar Süleymanzadə


Annotasiya. “Sağlam Təhsil – Sağlam Millət” layihəsində istifadə edilən yeni təhsil texnologiyalarının sağlamlığa təsirini öyrənmək məqsədi ilə layihənin tətbiq olunduğu məktəblərin ibtidai sinif şagirdləri müayinə edilmişdir. Müəyyən olunmuşdur ki, 2-ci tədris ilinin sonunda ənənəvi tədris siniflərində təhsil alan şagirdlər arasında fiziki inkişafı normal olan uşaqların sayı azalmışdır (tədrisə yeni başlayanda 82,8%, 2-ci tədris ilinin sonu – 79,0%). Beləliklə, sağlam təhsil siniflərində istifadə edilən yeni təhsil texnologiyaları və dinamik təhsil mühiti təhsilalanların sağlamlığının qorunmasında əhəmiyyətli rol oynayır. Statikanın (hərəkətsizliyin) üstünlük təşkil etdiyi ənənəvi təhsil texnologiyaları təhsilalanların sağlamlığının formalaşmasında risk amili hesab oluna bilər.

Açar sözlər: sağlamlıq vəziyyəti, təlim şəraiti, fiziki inkişaf, innovativ təlim texnologiyaları.

Yüklə Öncəki səhifə