MƏKTƏBƏQƏDƏR YAŞLI UŞAQLARDA DƏRKETMƏ BACARIQLARININ TƏRBİYƏ OLUNMASI
Annotasiya. Məqalədə təhsilin demokratikləşdirilməsi və dünya təhsilinə inteqrasiyadan, fəal təlim metod və texnologiyalarının tətbiqindən, məktəbəqədər təhsil müəssisələrində pedaqoji prosesin səmərəli təşkili, yeni pedaqoji təfəkkürün formalaşmasından danışılır. Təlim-tərbiyəyə tətbiq edilən fəal təlim metod və texnologiyalarının, innovasiyaların tətbiqində məqsəd uşaqların intellektual və ümumi inkişafına təkan verməkdir. Qeyd olunur ki, bu gün məşğələlərin məzmununda uşaqlarda humanist mövqenin inkişafı, uşaqlar üçün seçim situasiyası, yaradıcı axtarış, problemin həlli, məşğələdə ünsiyyət və əməkdaşlıq bacarığı, özünütənzimləmə, özünüdərk və refleksiyanın yaranmasının öz əksini tapması, onların idrak fəallığını inkişaf etdirməyə şərait yaradan metodların seçilməsi mühüm şərtdir. İdrak fəallığının yüksəldilməsi metodlarına müqayisə, təhlil, ümumiləşdirmə, sual-cavab metodu, məntiqi tapşırıqların həll edilməsi, tədqiqatçılıq və s. daxildir. Bu metodlardan istifadə etməklə uşaqların məşğələlərdə fəallıq göstərmələrinə, diqqətlə və həvəslə işləmələrinə şərait yaranır.
Açar sözlər: məktəbəqədər yaşlı uşaqlar, idrak fəallığı, ünsiyyət və əməkdaşlıq bacarığı, özünütənzimləmə və özünüdərk, əqli və intellektual inkişaf, metodlar, məntiqi tapşırıqlar, tədqiqatçılıq bacarığı.