QEYRİ-ƏNƏNƏVİ RƏSMÇƏKMƏ TEXNİKALARINDAN İSTİFADƏ EDƏRƏK MƏKTƏBƏQƏDƏR YAŞLI UŞAQLARIN YARADICILIQ BACARIQLARININ İNKİŞAF ETDİRİLMƏSI YOLLARI
Annotasiya. Tədqiqat işində qeyri-ənənəvi rəsmçəkmə texnikalarının məktəbəqədər yaşlı uşaqların yaradıcılığını stimullaşdıraraq onların koqnitiv və emosional inkişafına necə təsir etdiyi araşdırılır. Məqalədə bu texnikaların əlavə təhsilə inteqrasiya edilməsinin uşaqların özünüifadə və bədii bacarıqlarını inkişaf etdirmək üçün vacib olduğu vurğulanır. Həmçinin, bu innovativ texnikaların məktəbəqədər yaşlı uşaqlarda tənqidi düşüncə və problemlərin həlli bacarıqlarını inkişaf etdirməsindəki əhəmiyyətinə də diqqət yetirilir. Yaradıcı rəsm fəaliyyətlərində iştirak edən məktəbəqədər yaşlı uşaqlar yeni düşünmə yollarını kəşf edir və ətraf aləm haqqında daha dərin anlayış əldə edirlər.
Açar sözlər: məktəbəqədər yaş, yaradıcılıq, qeyri-ənənəvi rəsmçəkmə texnikaları, uşaqların əlavə təhsili.